Anbardar-mühasib tikinti materiallarının və avadanlıqlarının düzgün uçotunu aparır, şirkətin anbarına daxil olan və çıxan bütün maddi ehtiyatları izləyir.
Anbarın səmərəli işləməsi və mal-materialların düzgün tərtibi üçün tələb olunan sənədləri tərtib edir və müvafiq mühasibatlıq sistemlərinə daxil edir.
Öz fəaliyyətində Azərbaycan Respublikasının tikinti və mühasibatlıq qanunvericiliyini, ISO standartlarını və şirkətin daxili prosedurlarını rəhbər tutur;
Tikinti materiallarının, avadanlıqlarının və digər ehtiyatların qəbulu, yerləşdirilməsi, saxlanması və uçotunun aparılması.
Tikinti layihələrində istifadə olunan materialların gündəlik giriş-çıxış sənədlərinin hazırlanması və mühasibatlıq sisteminə daxil edilməsi.
1C, Logo və digər mühasibat proqramlarında anbar əməliyyatlarının uçotunu aparmaq.
Tikinti materiallarının qalıqları və hərəkətinin aylıq, rüblük və illik hesabatlarını hazırlamaq və təqdim etmək.
Tikinti sahəsində işlərin düzgün aparılması üçün tələb olunan inventarizasiya prosesində iştirak etmək və nəticələri uçota almaq;
Qaimə-faktura, sifariş və təhvil-təslim aktlarının düzgünlüyünü yoxlamaq və mühasibatlıqla uyğunlaşdırmaq;
Təchizatla bağlı sənədləri yoxlamaq, sistemə daxil etmək və arxivləmək;
Anbardakı materialların təhlükəsizliyini təmin etmək və iş sahəsində səliqə-sahman qaydalarına riayət etmək;
İşin daha səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək;
Səlahiyyəti daxilində müvafiq sənədlərə çıxış əldə etmək;
Anbarla bağlı məsələlərdə müvafiq struktur bölmələrə müraciət etmək;
Təhlükəli və ya uyğunsuz hallarla bağlı əməliyyat departamentinin rəhbərini məlumatlandırmaq;
İş rejimi: 6 günlük iş həftəsi;
Nahar fasiləsi: 13:00–14:00
Xüsusi tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq, logistika və ya müvafiq sahə üzrə).
Anbar və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (preferensial olaraq tikinti sahəsində təcrübə).
bəy namizədlərə üstünlük verilir
1C, Logo və ya digər anbar və mühasibatlıq proqramlarında işləmək bacarığı.
Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə sistemli işləmək bacarığı.
Tikinti materiallarının və avadanlıqlarının düzgün uçota alınmamasına görə.
Sənədlərin düzgün tərtib olunmaması və ya vaxtında təqdim edilməməsi ilə bağlı məsuliyyət daşıyır.
Şirkətə maddi və ya sənəd əsasında zərər vurulmasına görə məsuliyyət daşıyır.
Anbar qaydalarının və təhlükəsizlik prosedurlarının pozulmasına görə məsuliyyət daşıyır.