Hüquqşünas (Bazarstore)

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının dövlət orqanlarında və yerli icra qurumlarında ”Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Bütün Məhkəmə instansiyalarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən qurumlarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
  • Səlahiyyətləri daxilində mediasiya proseslərində “Bazarstore” MMC-ni təmsil etmək və prosessual hərəkətləri həyata keçirmək;
  • Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərinə məruzə etmək, razılaşdırdıqdan sonra isə cavablandırmaq və göndərmək;
  • Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri edir,
  • Müqavilələrin hüquqi cəhətdən uyğunluğunu yoxlayır;
  • Yeni müqavilələr tərtib edir və hüquqi rəy verir;
  • Qanunvericiliyin təkmiləşdirilməsi ilə bağlı dəyişiklik edilmiş normalarla, müvafiq qanunvericilik aktlarından məlumatlı olmaq;
  • İcrası qurtarmış məhkəmə işlərinə aid sənədlərin arxivlənməsi aparır;
  • MMC-yə daxil olan bütün strukturlar üçün müqavilələrin hüquqi uyğunluğunu yoxlayır;
  • Kargüzarlıq təlimatlarına uyğun şəkildə məktub, müraciətlərin hazırlanması, onların sistemləşdirilməsini aparmaq;
  • Hüquqi məsələlərin müzakirəsi üçün rəhbərin göstərişi ilə digər şirkətlərin nümayəndələri ilə görüşür;
  • MMC-yə daxil olan müəssisə və təşkilatlarda hüquqi işlərə metodiki hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir;
  • MMC-də İnsan Resursları ilə bağlı rəylərin verilməsi, vəzifə təlimatı və digər sənədləşmə işlərinin aparılmasında dəstək olur;
  • MMC-yə qarşı məhkəmələrə təqdim edilmiş iddia ərizələrinə və apellyasiya şikayətlərinə əsaslandırılmış etirazlar hazırlayır;
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmləşdirilməsi;
  • Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində məsləhətlər, habelə təşkilati-hüquqi məsələlərə rəylər verir.

Xüsusi tələblər

  • Ali təhsil; (müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə minimum 2-3 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word) - Yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili – Əla
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • 1000 - 1500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız