Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması:
Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək
Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların yaranması səbəblərinin öyrənilməsi, onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Görülən işlərin hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək,
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək;
İş yeri: Badamdar qəsəbəsi /Bəhrə Biskvit fabriki;
İş qrafiki: 6 günlük;
Yemək və forma ilə təmin olunma;
Servis xidməti;
Əmək qanunverciliyinə uyğun rəsmi sənədləşmə;
Ödənişli məzuniyyət;
2-ci növbə :15:00-23:00 (579 azn);
3-cü növbe: 23:00-07:30 (646 azn).
Xüsusi tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 1 ildən 3 ilə qədər;
Yaş: 22 – 30;
Bəy və xanım namizədlər;
Ali təhsil ( Standartlaşdırma, Qida sənayesi üzrə üstünlükdür);
Müvafiq sahə (İstehsalat) üzrə 1-3 il iş təcrübəsi keyfiyyət mütəxəssisi olaraq iş təcrübəsi;
Qida təhlükəsizliyinə dair qanunvericiliyin tələblərini bilməli, Əməyin mühafizəsi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
HACCP, ISO 22000 kimi qida təhlükəsizliyi standartları üzrə biliklər.