ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq;
Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.);
Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
Mənfəət vergisi hesabatının yarım illik və illik hesabatının Reporting şöbəsinə və vergi idarəsinə təqdim edilməsi üçün xərclərin və gəlirlərin incələnməsi və maliyyə nəticəsinin bəyannamədə əks etdirmək;
Əmlak vergisi və sair vergilərin hesabatlarının təqdim edilməsi üçün məlumatların analizi, işlənib hazırlanması və bəyannamədə əks etdirilməsi;
Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq;
Vergi Məcəlləsinə edilmiş yeniliklər və düzəlişlər üzrə müəssisənin vergi prosedur və siyasətində müəssisədə tətbiq ediləcək vergi növləri üzrə dəyişikliklərin yeni redaksiyada verilməsi;
Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək;
Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/ siyasət/ təlimatlara uyğun həyata keçirmək;
Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Xüsusi tələblər
Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil;
Mühasibatlıq və vergi sahəsində 3 ildən artıq iş təcrübəsi;
Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək;
Analitik düşünmək bacarığı;
Detallara diqqət yetirmə qabiliyyəti;
Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək;