Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək;
Yeni və mövcud xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması;
Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək;
Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq;
Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək;
Daxili qaydalara və prosedurlara riayət etmək;
TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək.
Xüsusi tələblər
Bakalavr dərəcəsi (texniki sahəyə üstünlük verilir);
Mobil şəbəkə üzrə biliklər arzu olunandır;
Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər;
Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər;
Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
Mobil rabitə sahəsində 1 il iş təcrübəsi;
Java, JavaScript (başlanğıc) / HTML;
UNIX/Linux;
PL/SQL Proqramlaşdırma bilikləri;
Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək;
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.