Maliyyə ve Büdcə Kontrol Şöbə Müdiri

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məhsulların qiymətləndirmə prosesinin idarə edilməsi, Marketing şöbeləri ilə ayrı-ayrılıqda məhsulların qiymət analizlərinin edilməsi və şirkəti doğru yöndə istiqamətləndirilməsi;
  • Yeni lansman məhsulların Mənfəət & Zərər hesabatının hazırlanması və mövcud vahid məhsul üzrə bu yöndə doğru şəkildə istiqamət verərək stratejik qərarların alınmasına dəstək verilməsi;
  • Marketing Mənfəət & Zərər səviyyəsi üzrə bütün nəzərdə tutulmuş fürsət və risklərin dəyərləndirilməsi;
  • Məhsulların Maya Dəyəri üzrə təxmin rəqəmlərinin hesablanılması və bu yöndə hesablanan Mənfəət & Zərər məbləğinin Büdcə tərəfi ilə qarşılaşdırılaraq Rəhbərliyə təqdim edilməsi;
  • Məhsul və Marka üzrə Mənfəət & Zərər hesabatının analiz edilməsi və meydana çıxacaq risklərlə bağlı bütün departamentlərlə paralel şəkildə işləyərək risklərin aradan qaldırılması yönündə qərarlar alınması;
  • Marketinq şöbələri ilə Xarici xərclərin optimallaşdırılması üçün doğru yöndə istiqamətləndirmək, büdcə daxilində dövrlərin irəliləməsini təmin etmək;
  • Marketing şöbələri ilə ayrı-ayrılıqda rüblük olaraq Gələcək dövrlər üzrə Mənfəət & Zərər hesabatının hazırlanması və analiz edilərək Rəhbərliyə təqdimatı;
  • Xidmət Xərci hesabatının hazırlanması və Xalis Gəlirliyə təsir edən məhsulun maya dəyərinin azaldılması üçün digər şöbələrlə paralel şəkildə analiz apararaq uyğun qərarların alınmasını təmin etmək.

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadi və maliyyə);
  • Təcrübə: sahə üzrə 7 il, vəzifə üzrə 2 il;
  • Dil bilikləri: Azərbaycan – Əla İngilis dili- Yaxşı;
  • Microsoft Excel, Power BI ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Mali analizləri aparmaq bacarığı;
  • Elektron maliye cedvellerinin qurulması bacarıqları;
  • SAP proqram məlumatlarına bilgisi;
  • Hesabat hazırlama bacarığı olan və layihə idarə olunması təcrübəsinə sahib;
  • Analitiq düşüncəyə sahib, diqqətli, ciddi, hədəf yönlü çalışan, komanda ruhunu özündə əks etdirən;
  • Strateji baxış bucağına sahib, planlama və koordinasiya bacarığı yüksək;
  • Dinamik iş mühitinin tələb etdiyi çevikliyə sahib.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız