Kommersiya Mütəxəssisi

Bakı

PARLA Pharmaceuticals

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ölkədaxili və ölkəxarici sifarişlərin icrası – daxil olan sifarişlərin müvafiq əlaqəli şöbələrə yönləndirilməsi və dəqiqləşdirilməsi, sistemdəki qalıqlara uyğun sifarişin icra edilməsi və izlənilməsi, gündəlik sifarişlərin və satışların vaxtında  dəqiq şəkildə daxili sistemdə qeydə alınması, nəzarət edilməsi və bütün əlaqəli işlərin icrası;
  • Təchizat və logistika əməliyyatlarının koordinasiyasında iştirak – məhsulların sifarişi, təhvili və qəbulu, gömrük rəsmiləşdiriılməsi zamanı bütün proseslərdə və əməliyyatlarda iştirak və verilən müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • Qiymət siyasəti ilə bağlı proseslərdə iştirak – Məhsulların maya dəyərinini hesablanması, müvafiq şöbələrə təqdim edilməsi, kommersiya təklifləri üçün maya dəyərinə nəzarət, Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymət təsdiqi prosesində iştirak və verilən müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • Daxili və xarici yazışmaların aparılması – partnyorlarla və təchizatçılarla ünsiyyətin təşkili və yazışmaların düzgün və vaxtında icrası;
  • Əməliyyatlar üzrə mütəxəssisə gündəlik işlərdə dəstək göstərmək – sənədləşmə, arxivləşdirmə, əlaqələndirmə, eləcə də, yazışmaların və geri bildirişlərin operativ şəkildə izlənilməsi və müvafiq gündəlik əməliyyat işlərinə dəstək və verilən müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • Rəhbərlik üçün hesabatların hazırlanmasına dəstək – satış, ehtiyat və layihə statusları üzrə dövri hesabatların hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil; (İqtisadiyyat, Maliyyə, Biznes İdarəetmə);
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları;
  • Dil bilikləri- İngilis və Rus dili mütləqdir;
  • Proqram bilikləri- MS Office.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Abşeron

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • İsmayıllı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız