Torna emalatxanası üzrə frezerçi

Sumqayıt

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Ünvan:Karbamid Zavodu (Sumqayıt)

  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Dəliyaçan dəzgahlara və frez dəzgafına texniki xidmət göstərilməsi;
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi;
  • Universal, müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezerləyən dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkitməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətlərin 6-7-ci kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezerlənməsi;
  • Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres-qəliblərin, matrislərin xarici və daxili səthlərinin frezerlənməsi;
  • İş tamamlandıqdan sonra dəzgahı dayandırmaq, detalı dəzgah masasından ayırmaq və dəzgahı şəbəkədən ayırmaq;
  • Hazırlanmış detalı iş masasına yerləşdirmək, emal nəticəsində detalın üzərində əmələ gəlmiş metal qırıntıları yeyə ilə təmizləmək və hazır detalı ustaya təhvil vermək;

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə orta-ixtisas təhsili;
  • Hazırlanacaq detalın çizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələyə bilməli;
  • Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlaya bilməli;
  • Komandada işləmək bacarığı;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız