MEP üzrə mühəndis

Bakı

GM Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi; 
  • MEP layihəsinin hazırlanması;
  • Layihə üzrə iş həcmlərinin çıxarılmasr;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak;
  • AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması;
  • Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi;
  • Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli;
  • Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması;
  • Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş;
  • Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;
  • Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi;
  • Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;
  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir; 
  • Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması;
  • Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;
  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək;
  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr 189 (Baku City Residence);
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
  • Nahar yeməyi;
  • Korporativ nömrə.

Xüsusi tələblər

  • Yaş həddi: 30 – 50;
  • Mühəndislik ixtisası üzrə ali təhsil (mexanika və ya elektrik);
  • Müvafiq vəzifə üzrə fasiləsiz azı 5 il iş təcrübəsi (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • MS Office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan dili əla səviyyədə bilməli (əcnəbi dil biliyi üstünlükdür);
  • Məsuliyyətlilik və punktuallıq;
  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
  • Komandada işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız