Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin
həyata keçirilməsini təmin etmək;
Müxtəlif təyinatlı tikinti obyektlərinin kompleks layihələrinin memarlıq
hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata
keçirmək;
Tikililərin layihə təkliflərinin və planlarının işlənib hazırlanmasında,
layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin
müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak etmək;
Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət
edilməsini, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də
qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə
olan normativ materiallara uyğunluğunu təmin etmək;
Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və
hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan
materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin
edilməsinə rəhbərlik etmək;
Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki
sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə
materiallarının həcminin azaldılmasını təmin etmək;
Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında,
razılaşdırılmasında və müdafiəsində iştirak etmək;
Layihə olunmuş obyektlərin tikintisinə nəzarət etmək, istifadə olunan
tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş
məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət
etmək;
Qanunvericiliklə müəyyən edilmiş qaydada memarlıq və tikinti sahələrində
nəzarətin həyata keçirilməsini təmin etmək;
•
Tikintiyə icazə sənədlərinin hazırlanmasını, həmin sənədlərə və
müraciətlərə aidiyyəti üzrə baxılmasını, cavablandırılmasını, icrasını və
lazımi tədbirlərin görülməsini təmin etmək;
Obyektlərin memarlıq-dizayn eskiz layihələrinin işlənməsini təşkil etmək;
Şöbənin işinə ümumi rəhbərlik etmək, layihənin memarlıq hissələrinin
işlənib hazırlanmasında iştirak edən işçilər arasında iş bölgüsü aparmaq,
onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət
edilməsinə nəzarət etmək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi
qrupların işində iştirak etmək;
Şöbənin iş planının hazırlanmasını təmin etmək, iş planında nəzərdə
tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət
etmək;
Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını
təmin etmək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin
hazırlanmasında iştirak etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında icra etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək