Təmirə dayanma işləri üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Planlaşdırılmış əsaslı təmir işləri üçün işlər həcminin hazırlanması, hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsi,
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarının hazırlanması,
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısının hazırlanması,
  • Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material və servis xidmətlərinin gedişatının izlənməsi,
  • Sahədən təqdim edilmiş “ iş metod” larının izlənməsi, məlumatların toplanması və proqres cədvəlinin hazırlanması,
  • İş addımlarına uyğun olaraq Plan - Proqramın və proqres əyrisinin və hesabatın hazırlanması,
  • Planlaşdırılmış əsaslı təmir üçün avadanlıqların, İş paketlərinin və texniki məlumat cədvəlinin hazırlanması,
  • İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və günlük proqres hesabatının hazırlanması və hesabatı birbaşa rəhbərinə göndərilməsi,
  • Planlaşdırılmış əsaslı təmir zamanı mütamadi olaraq plan proqram üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq,
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planı hazırlayıb sahəyə təqdim etməli,
  • Təmirə hazırlıq işlərini təşkil etməli və təmirin başlanmasına qədər bütün hazırlıq işlərinin bitməsini izləməli və təşkil etməli,
  • Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analız edib, uyğunsuzluqlar barəsində hesabat hazırlayıb birbaşa rəhbərinə təqdim etməli,
  • SAP PM proqramında iş bildiriş və iş sifarişlərinin yaradılması,
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanması prosesinin yerinə yetirilməsi,
  • Planlaşdırılmış əsaslı təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantılarda iştirak etmək və qeydləri aparnaq,
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəal iştirak etmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız icra etmək,
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək,
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək.

Xüsusi tələblər

  • Aşağıda qeyd edilmiş bilik və bacarıqlara malik olmalı:
  • Kompüter bilikləri:
  • MS Office proqramları, PowerPoint, Adobe Acrobat reader. Primavera P6, SAP PM və MM modulu
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus
  • Təzyiq və stresin idarə olunması bacarığı,
  • Problemlərin həll etmə bacarığı olmalı,
  • Mexaniki cizgilərini və PI&D sxemləri oxuma bacarığı,
  • Hissələrin cizgilərini çəkmə bacarığı,
  • İdarəetmə bacarığı,
  • Ünsiyyət bacarığı,
  • Komandada işləmə bacarığı,
  • Sənaye sahəsində mexaniki təmir işlərində və təmirin planlaşdırılması sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmalı,
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığına malik olmalı,
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında biliklərə malik olmalı,

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı

  • 700 - 800 AZN

Telegram kanalımız