Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;
Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir.
Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;
Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;
Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
Sahələrdən gələn texniki hesabatları yoxlayır.
Xüsusi tələblər
İnşaat sahəsi üzrə ali təhsil;
Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi;
Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı;
Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları;