Boru sistemləri üzrə aparıcı mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit (SƏTƏM) və Keyfiyyət prosedurlarına tam uyğunluğu təmin etmək və bütün fəaliyyətlərdə yüksək təhlükəsizlik standartlarına nail olmaq;
  • Elektron sistem vasitəsilə daxil olan Mühəndislik Tələblərini (“ER” sənədlərini) nəzərdən keçirmək və ilkin dizayn konseptlərini əhatə edən texniki cavablar vermək, bununla da xərc hesabatına və iş həcminin yaradılmasına töhfə vermək;
  • Boru sistemləri sənədlərinin texniki məsul şəxsi kimi sənədlərdə uyğun, dəqiq və nəzarətli dəyişikliklərin təmin olunmasına nəzarət etmək;
  • Boru sistemi izometrik cizgiləri, borulama eskizləri, master planlar, material sənədləri (MTO) və digər boru sistemləri mühəndisliyi sənədlərinin hazırlanması daxil olmaqla detallı dizaynlar tərtib etmək;
  • Boru sistemləri mühəndisləri tərəfindən hazırlanan daxili layihə cizgilərinin/sənədlərinin şirkət prosedurlarına, spesifikasiyalarına, yerli və beynəlxalq standartlara və ən yaxşı təcrübələrə uyğunluğunu təmin etmək məqsədi ilə hazırlanan layihə cizgi və sənədlərini nəzərdən keçirmək və rəy bildirmək;
  • Verilən tapşırıqlar üzrə tabeçiliyində olan əməkdaşlara texniki dəstək vermək;
  • Mürəkkəb layihələr üçün mühəndislik çalışmaları etmək və ya onlara rəhbərlik etmək, hazırlanmış həllərə Mühəndislik Qrup Rəhbərindən və ya Boru Mühəndisliyi Menecerindən təsdiq almaq;
  • Layihələrin həyata keçiriləcəyi istehsal sahələrində sahə araşdırlmaları aparmaq, ölçülər götürmək və məlumat toplamaq və ya bu fəaliyyətlərə nəzarət etmək, eləcə də praktik, səmərəli və sahəyə uyğun dizayn həllərini təmin etmək üçün konstruktiv mövqe nümayiş etdirmək;
  • Stres-kriktik boru xətlərinin marşrutlarının təsdiqi və dayaqların dizaynı məqsədilə stres analiz mühəndisləri və dayaq mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək;
  • Digər mühəndislik bölmələrinə boru sistemləri mühəndisliyi üzrə texniki məlumatların ötürülməsini təmin etmək;
  • Layihənin icrası zamanı Tikinti Komandalarına boru sistemləri üzrə sahə mühəndisliyi dəstəyi göstərmək;
  • İstehsalat və Texniki Xidmət komandalarına texniki dəstək vermək və boru sistemlərinin etibarlılığını təmin etmək məqsədi ilə mühəndislik həlləri vermək;
  • Mövcud xətlərə bağlantı üçün detallı dizayn paketlərinin hazırlanmasına nəzarət etmək və bunun zavodun təmirə dayandırılma qrafikinə, təhlükəsizlik standartlarına və mövcud infrastruktura uyğunluğunu təmin etmək;
  • Planlaşdırılmış bağlantı nöqtələrinin Bütövlülük və Etibarlılıq Departamenti tərəfindən təftiş olunmasını təşkil etmək və yerində alınan nəticələr və təftiş hesabatları əsasında mühəndislik qərarları qəbul etmək;
  • Borulama komponentləri üzrə material sifarişlərini (PR) tərtib etmək və ya yoxlamaq, eləcə də satınalma müddəti boyunca Satınalma Komandasına texniki dəstək göstərmək;
  • Dəyişikliklərin İdarə Olunması (MOC) iclaslarında iştirak etmək və ehtiyac olduğu təqdirdə boru sistemləri mühəndisliyi üzrə zəruri həllər vermək (əgər İnvestisiya Təsdiqlənmə Prosesi ilə ziddiyyət təşkil etmirsə);
  • Şəxsi və peşəkar inkişaf üçün proaktiv yanaşma nümayiş etdirmək və davamlı bilik paylaşımı yolu ilə komandanın potensialının artırılmasına töhfə vermək.

Xüsusi tələblər

  • Mexanika Mühəndisliyi (və ya bənzrə texniki sahə) üzrə bakalavr dərəcəsi;
  • Boru Sistemləri Mühəndislyi üzrə texniki təlim biliyi (üstünlük verilir).
  • Neft və qaz sənayesində boru sistemlərinin dizayn olunması və inşaatı üzrə minimum 8 il iş təcrübəsi;
  • ASME, GAP, PIP, NFPA, API, QOST, SniP kimi beynəlxalq və yerli standartlar barədə bilik və onların sənaye layihələrində tətbiqi ilə əlaqədar praktik təcrübə;
  • Layihələrin İdarə Olunması Komandasında işləmə təcrübəsi (üstünlük verilir).
  • Prosedurların, spesifikasiyaların, beynəlxalq standartların və texniki sənədlərin anlaşılması, eləcə də yazılı və şifahi ünsiyyət üçün ingilis dili biliyi (minimum B2 səviyyəsində) tələb olunur.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Qaradağ

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız