Ödəniş Tapşırıqları üzrə Aparıcı Mütəxəssis

Bakı

Sirab ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yerli və xarici ödəniş tapşırıqlarının vaxtında və düzgün icrasını təmin etmək;
  • Tədarükçülərlə hesablaşmaların monitorinqi, prioritet ödəniş siyahısının hazırlanması;
  • Bank əməliyyatlarının (köçürmələr, valyuta çevirmələri, qalıqlar və faizlər) düzgün uçotu və gündəlik izlənməsi;
  • Balans hesabatındakı öhdəlik və pul vəsaitlərinin düzgün əksini nəzarətdə saxlamaq və uyğunsuzluqları analiz etmək;
  • Ödənişlər üzrə daxili təsdiq və icra axınlarının idarə olunması;
  • Hesabların bağlanması prosesində (month-end closing) aktiv iştirak və uyğun balans izahatlarının hazırlanması;
  • Ödənişlər üzrə daxili və xarici auditlər üçün zəruri sənədlərin təmin edilməsi;
  • Hesabatların (gündəlik, həftəlik, aylıq) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • ERP sistemlərində (Micro, Logix) ödənişlərin düzgün emalı və izlənməsi;
  • Rəhbərlik üçün likvidlik vəziyyəti, ödəniş dövrləri və pul vəsaiti axınları üzrə təhlillərin hazırlanması;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • 5 günlük iş rejimi; saat 09:00/18:00;
  • Rəqabətqabiliyyətli əmək haqqı ;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;
  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Xüsusi tələblər

  • Maliyyə, Mühasibatlıq, Bank işi və ya İqtisadiyyat üzrə ali təhsil;
  • FMCG və ya bank/maliyyə sahəsində ödənişlər üzrə minimum 1 il təcrübə;
  • Bank əməliyyatları və hesablaşmalar sahəsində real təcrübə;
  • Balans hesabatlarının (balance sheet) təhlili və strukturlarını anlama bacarığı;
  • Micro, Logix, BTP və bank portalları ilə iş bacarığı;
  • MS Excel-də yüksək səviyyəli bilik (analitik alətlər, pivot, formullar);
  • Dəqiqlik, məsuliyyət və vaxtında icra etmə vərdişi;
  • Güclü analiz və hesabatlılıq bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız