Çağrı mərkəzi üzrə koordinator

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
  • Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
  • Öz səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinə fəaliyyət prosesində aşkar olunmuş çatışmazlıqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün təklifləri hazırlamaq.


İş vaxtının norması:

  • Növbəli iş qrafiki;
  • İstirahət günü: Qrafikə uyğun olaraq.

Xüsusi tələblər

  • Ali (Tibb üzrə);
  • Müvafiq sahə üzrə 0-1 il  iş təcrübəsi
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
  • Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız