Texniki nəzarət üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
  • Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir;
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak edir;
  • Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək;
  • Statik avadanlıqların (borular, qoruyucu klapanlar, siyirtmələr, təzyiq altında işləyən qablar və s ) satınalmalarında texniki təsdiqi prosesinin dəstəklənməsi, tədarükçünün sahədəki işlərini izləmək;
  • Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi;
  • Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir;
  • Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatını aparmaq, xidmətlər tərəfindən texniki baxış və yoxlamaların keşirilməsinə, keyfiyyətli istismar qaydalarına müvafiq olaraq işləməsinə nəzarət edir;
  • Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak edir,texniki nəzarət və sınaq məlumatlarını toplayır, (Asset Integrity Management ) Bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar tarixini izləyir və yeniləyir;
  • QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq;
  • Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək;
  • Statik avadanlıq üçün quraşdırma vasitələrinin yaradılması və mövcud olanların yenilənməsi;
  • Təftiş, sınaq, nəzarət avadanlığı və cihazlarının müvafiq qaydada istifadə edilməsini, və saxlanmasına nəzarət etmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (Mexanika mühəndisliyi, Metallurgiya və ya bənzər texniki sahə üzrə);
  • Müvafiq sahə üzrə ən az 5 il təcrübəsi və bunun minimum 3 ili neft emal, neft kimya sənayesində olan;
  • Səlis Azərbaycan və İngilis dili bilikləri;
  • Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür;
  • CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür;
  • APİ 510,570,571,653,572 biri və ya bir neçəsinin olması arzu olunandır;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarıqları;
  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 AZN

Telegram kanalımız