Tikinti fəaliyyəti yerinə yetiriləcək ərazinin torpaq sənədlərinin uyğunluğunun yoxlanılması;
Tikinti norma və qaydalarının tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, iş həcmlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq hesabatları və cədvəlləri tərtib etmək;
Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşınması;
Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
Tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri üzrə iş həcmlərinin hazırlanmasının təşkili;
Hazırlanmış iş həcmləri əsasında layihələndirmə işlərinin satınalmasının sifarişinin hazırlanması;
Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
İxtisası üzrə layihə-smeta sənədlərinin yoxlanılması, layihələrdəki səhvlərin aradan qaldırılması və prosesin idarə edilməsi;
Layihə-smeta sənədlərinin dövlət orqanlarına müvafiq rəyin verilməsi məqsədilə göndərilməsi üçün sənədlərin hazırlanması;
Layihədəki büdcə risklərini təhlil etmək;
Tikinti fəaliyyəti üzrə(tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri) işlərin icra qrafikinin və iş icra metodununa uyğunluğuna nəzarətin edilməsi;
Sahələrdə icra olunan və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Cəmiyyətdaxili daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
Layihələrdə tikinti fəaliyyəti üzrə(tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri) işlərinə nəzarət, tikinti fəaliyyəti üzrə işlərin düzgün təşkil edilməsi;
Yerinə yetirilmiş işlərin ödəniş sənədlərinin(Forma2 və Forma3) qəbul edilməsi, müqaviləyə və faktiki yerinə yetirilmiş işlərə uyğunluğunun yoxlanılması;
Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak edilməsi;
İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73;
Ezamiyyə imkanları (zəruri hallarda);
5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş vaxtı: 09:00 – 18:00.
Xüsusi tələblər
İnşaat mühəndisliyi,sənaye və mülki tikinti sahəsi üzrə ali təhsili;
Müvafiq sahədə 7 ildən az olmayan iş təcrübəsi;
Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri;
Microsoft Office,Autocad və Primavera P6 proqramları biliklər.