Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır.
Xüsusi tələblər
Coğrafiya ,Geodeziya və Kartoqrafiya, Xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil;
Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı;
ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti;
CİS sahəsində minimum 3 il iş təcrübəsi;
Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti;
Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı.