Təftişçi (Satış prosesi üzrə nəzarət)

Bakı

Mazarina Trade Company

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satış nümayəndələrinin rut (marşrut) planlarına uyğun fəaliyyətini nəzarətdə saxlamaq və yoxlamaq.
  • Günlük mağaza ziyarətlərinin real icrasını yerində araşdırmaq və faktiki mövcudluğu təsdiqləmək.
  • Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə, kampaniyaların tətbiqinə və standartlara uyğunluğuna nəzarət etmək.
  • Satış sənədlərinin (sifariş, təhvil-təslim və s.) düzgünlüyünü yoxlamaq və uyğunsuzluqları aşkarlamaq.
  • Satış komandası tərəfindən həyata keçirilən əməliyyatların şirkət siyasət və prosedurlarına uyğunluğunu qiymətləndirmək.
  • Aşkarlanan hər hansı pozuntu, uyğunsuzluq və ya təhrif halları barədə dərhal rəhbərliyə yazılı hesabat təqdim etmək.
  • Təftiş nəticələrinə əsasən gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Rəqəmsal və analitik alətlərdən istifadə edərək satış performanslarını qiymətləndirmək və məlumat təqdim etmək.
  • Lazım gəldikdə satış nöqtələrində qəfil yoxlamalar (spot-check) həyata keçirmək.

Xüsusi tələblər

  • Satış və təftiş sahəsində minimum 1-2 il təcrübə
  • Rəqəmsal satış sistemləri (ERP, CRM, mobil tətbiqlər və s.) üzrə biliklər
  • Diqqətli, obyektiv və analitik düşüncə tərzinə sahib olmaq
  • Sahə ilə iş təcrübəsi və hərəkətli iş rejimində işləmək bacarığı
  • Hesabatların hazırlanması və təhlil üzrə bacarıq
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı
  • Avtomobil sürmə bacarığı (üstünlükdür)
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • 700 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız