Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin
hazırlamaq;
Struktur vahidlərini təşkilat daxili qayda və
əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili
normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək;
Hüquqi sənədlərin
işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək,
qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər
hazırlamaq;
Sənədlərin
hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin
göstərişlərini yerinə yetirmək;
Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək,
prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
Müqavilə
bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak etmək;
Müqavilənin rəsmiləşdirilməsi və analizi
prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların
aradan qaldırılması üçün müvafiq tədbirləri görmək;
Təyin
edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq.
Əlavə məlumat:
İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək Haqqı: 800-1000 azn net
Xüsusi tələblər
Ali hüquq təhsili olmalı.
Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı.
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı.
Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı.
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli.