Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun şəkildə təşkili və idarə olunması;
  • Maliyyə əməliyyatlarının ilkin sənədlər əsasında analitik və sintetik uçotunun aparılması;
  • İllik və dövri maliyyə hesabatlarının hazırlanması və təqdim olunması (maliyyə, vergi, sosial sığorta, donor və s.);
  • Xərclər smetasının və məhsul, iş və xidmətlərin maya dəyərinin hazırlanması;
  • Əməkhaqqı, məzuniyyət, işdən çıxma və digər ödənişlərin hesablanması və sənədləşdirilməsi;
  • İnventarizasiyanın təşkili və nəticələrinin uçotla uyğunlaşdırılması;
  • Mühasibat sənədlərinin dövriyyəsi və arxivləşdirilməsinə nəzarət;
  • Dövlət büdcəsindən ayrılan vəsaitlərin və digər maliyyə mənbələrinin təyinatı üzrə istifadəsini təmin etmək;
  • Daxili və xarici audit yoxlamalarına hazırlıq və cavabdehlik;
  • Xarici donorlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində hesabatların hazırlanması;
  • Mühasibat uçotu sistemlərinin səmərəli təşkili və müvafiq proqram təminatı (1C, ERP və s.) ilə iş bacarığı.

Xüsusi tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi, o cümlədən son 2 il ərzində rəhbər vəzifədə (məsələn, baş mühasib, baş mühasib müavini və s.) çalışmaq
  • Peşəkar Mühasib Sertifikatı (PM)
  • Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta və mühasibat uçotu sahəsində mövcud qanunvericiliyini dərindən bilmək;
  • Şəffaflıq, hesabatlılıq və beynəlxalq standartlara uyğun maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqlar
  • Beynəlxalq hesabat standartları (IFRS) və donor hesabatlılığı sahəsində təcrübə.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız