Strateji araşdırma və investisiya şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Bakı

Azeraluminium

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müəssisənin strategiyasının formalaşmasında, strateji sənədlərin hazırlanmasında və mövcud planların yenilənməsində iştirak etmək, mütəmadi olaraq icra prosesini izləmək və nəticələri dəyərləndirərək hesabatlar hazırlamaq;
• Müəssisənin korporativ və struktur vahidlər üzrə funksional Əsas Səmərəlilik Göstəricilərinin (KPİ) təyin olunması, yenilənməsi prosesində iştirak etmək və göstəricilər üzrə müntəzəm əsasda monitorinq aparmaq;
• İnvestisiya layihələri ilə bağlı araşdırma aparmaq və potensial investisiya layihərini təhlil etmək;
• İnvestisiya imkanları və maliyyə modellərinin təhlili ilə bağlı təqdimatlar hazırlamaq;
• İnvestisiya layihələri ilə bağlı partnyorlarla danışıqlarda və rəsmi yazışmalarda iştirak etmək;

Xüsusi tələblər

• Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
• İxtisası üzrə ən azı 1 il (mütəxəssis) / 3 il (aparıcı mütəxəssis) / 5 il (baş mütəxəssis) iş təcrübəsi;
• CFA və ya ACCA üzrə sertifikasiyalar (müxtəlif səviyyələr üzrə arzuolunandır);
• MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
• MS Excel proqramında aşağı və orta çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə (arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
• Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
• Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq.


Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzuda “Strateji araşdırma və investisiya şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız