L1 SOC Analitiki

Bakı

Proxima Tech Solutions

Vakansiyanın detalları

Vakansiyanın təsviri

İzləmə və Aşkar Etmə

  • SIEM, SOAR və digər təhlükəsizlik platformalarındanb gələn bildirişləri fasiləsiz izləmək
  • Gündəlik təhlükəsizlik loqlarını analiz etmək və anomaliyaları aşkar etmək
  • Təhlükə göstəricilərinə əsaslanaraq şübhəli fəaliyyətləri müəyyənləşdirmək

İnsidentlərin Təsnifatı və Cavab

  • Təhlükəsizlik insidentlərini təhlil etmək və səviyyəsinə görə təsnifləşdirmək
  • Əsas araşdırmaları aparmaq və zərurət olduqda insidentləri L2 analitiklərinə yönləndirmək
  • İnsident cavab prosedurlarına əsasən ilkin cavab tədbirlərini yerinə yetirmək
  • · Fişinq, zərərli proqram, giriş cəhdləri, DDoS və digər kiberhücumlar ilə bağlı insidentləri idarə etmək

Təhdid Kəşfiyyatı və Hesabat

  • Təhdid kəşfiyyatı platformasından zəruri məlumatları toplayaraq aşkarlama imkanlarını inkişaf etdirmək
  • Gündəlik və həftəlik insident hesabatları hazırlamaq və müvafiq komandalarla bölüşmək
  • Aşkarlanmış təhdidlər və boşluqlar haqqında SOC rəhbərliyinə məlumat vermək

Əməkdaşlıq və İnkişaf

  • L2/L3 analitikləri, mühəndislər və digər təhlükəsizlik komandaları ilə sıx əməkdaşlıq etmək
  • SOC komandası üçün yeni prosedurlar və strategiyalar barədə təkliflər vermək

Xüsusi tələblər

  • Kibertəhlükəsizlik və ya SOC sahəsində ən azı 1 il təcrübə
  • SIEM (Splunk, ELK, QRadar və s.) haqqında baza bilikləri
  • Şəbəkə təhlükəsizliyi - firewall, IDS/IPS və EDR/XDR barədə anlayış
  • Windows və Linux əməliyyat sistemləri ilə iş təcrübəsi və bu əməliyyat sistemlərində təhlükəsizlik loqlarını analiz etmək bacarığı
  • İnsidentə reaksiya və kibertəhlükəsizlik çərçivələri (MITRE ATT&CK, NIST və s.) üzrə biliklər
  • Təhlükəsizlik log-larını analiz etmək və anomaliyaları aşkar etmək bacarığı
  • Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları
  • Azərbaycan dili - məcburi
  • İngilis dili - məcburi
  • Rus dili - arzuolunandır

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 - 500 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız