İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;
Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək;
İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və vaxtında doldurmaq;
İstehsalat avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini doldurmaq;
İstehsal zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək;
İş yerinin təmiz, səliqəli və təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə saxlanılmasını təmin etmək;
Görülmüş işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək.
Xüsusi tələblər
Mühəndislik ixtisası üzrə ali təhsil;
İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
Texniki çertyojları və istehsal sənədlərini oxumaq bacarığı;
Ölçü alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı;
Keyfiyyət standartları və istehsal prosesləri barədə ümumi biliklər;
Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı.