Korporativ işlər üzrə hüquqşünas

Bakı

Prior Leasing

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Səhmdarların (təsisçilərin) ümumi yığıncaqlarının, Müşahidə Şurası və İdarə Heyəti iclaslarının hüquqi təşkilatçılığı;
  • Gündəliklərin, protokolların, qərarların (o cümlədən, nizamnamə kapitalının 
  • artırılması/azaldılması, filialların açılması) layihələrinin hazırlanması;
  • Mərkəzi Bank (AMB) ilə koordinasiya: 
  • BOKT fəaliyyətini tənzimləyən prudensial tələblərin hüquqi ekspertizası;
  • Yeni requlyativ dəyişikliklərin daxili siyasətlərə (Kredit, Lizinq, Risklərin İdarə Edilməsi və PL/ƏMTK qaydalarına) inteqrasiyası;
  • Qrupdaxili əməliyyatlar: Holdinq tərkibindəki şirkətlər arasında həyata keçirilən əqdlərin (məsələn, proqram təminatı, İT infrastruktur və lisenziyaların devri, borcun köçürülməsi) müvafiq Mülki Məcəllənin tələblərinə və transfer qiymətqoyma qaydalarına uyğun rəsmiləşdirilməsi;
  • Müqavilə Hüququ və Risk Menecmenti "Alıcı" mövqeyinin müdafiəsi: Kənd təsərrüfatı texnikalarının, avtomobillərin və digər lizinq obyektlərinin xarici və yerli dilerlərdən alqı-satqısı müqavilələrinin tərtibi;
  • Təhvil-təslim, zəmanət şərtləri və fors-major hallarında şirkətin "Alıcı" qismində hüquqi risklərinin minimuma endirilməsi;
  • Kredit və Lizinq sənədləşməsi: Üçtərəfli lizinq, həmçinin standart kredit, ipoteka, girov və zaminlik müqavilələrinin hazırlanması və notarial qaydada təsdiqi prosesinə nəzarət.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Xüsusi tələblər

  • Ali təhsil (Hüquqşünaslıq ixtisasında);
  • BOKT, Bank və ya Lizinq sahəsində korporativ hüquqşünas kimi minimum 2 il təcrübə;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, (xüsusilə əşya hüququ,lizinq hüquq, 
  • öhdəliklər və müqavilələr hüququ), Korporativ hüquq, İnzibati Xətalar Məcəlləsi və "Bank olmayan kredit təşkilatları haqqında" Qanunu üzrə dərindən biliklər;
  • Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət orqanlarının BOKT-lar üçün müəyyən etdiyi normativ-hüquqi bazaya tam hakim olmaq;
  • Azərbaycan dilində mükəmməl səviyyədə həm şifahi, həm də yazılı (hüquqi sənədləşmə) bacarıqlar, rus və ya İngilis dili bilikləri üstünlük hesab olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 2700 AZN

 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız