Müştərilərlə əlaqələr üzrə mütəxəssis (Vendor Management Specialist)

Bakı

Rabalon Azerbaijan

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qlobal İT vendorları (Cisco, Microsoft, HPE, Dell, VMware, Oracle, Fortinet və s.) və rəsmi distribütorlarla birbaşa əlaqələrin qurulması və idarə edilməsi;
  • Şirkətin vendor tərəfdaşlıq statuslarının (Partner Status - örnək: Gold, Silver Partner) qorunması, artırılması və müvafiq tələblərin (sertifikasiyalar, satış kvotaları) izlənilməsi;
  • İT layihələri ( hardware, software, lisenziyalaşdırma) üçün vendorlardan xüsusi qiymətlərin (Special Price Request / Deal Registration) alınması və danışıqların aparılması;
  • Şirkətin mühəndis və satış komandasının qeydiyyatdan keçməsi üçün vendorların və sertifikasiya proqramlarının koordinasiya edilməsi;
  • Vendorların təklif etdiyi rüblük/illik bonus, marketinq fondu (MDF) və diler proqramlarının izlənilməsi və şirkətə qazandırılması;
  • Satış öncəsi (Pre-sales) və satınalma komandası ilə birlikdə spesifikasiyalara uyğun İT avadanlıqlarının və lisenziyaların düzgün sifariş olunmasına nəzarət.

İş şərtləri:

  • İş saatları: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə və bazar

Xüsusi tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Biznes və ya müvafiq sahədə);
  • IT İnteqrator, IT Distribütor və ya İT Konsaltinq şirkətlərində Vendor menecer və ya Satınalma mütəxəssisi kimi ən azı 2 il iş təcrübəsi;
  • İT bazarı, lisenziyalaşdırma modelləri (SaaS, Cloud, Enterprise Agreements) və İT infrastruktur həlləri haqqında ümumi anlayış;
  • Qlobal İT vendorlarının portalları (məsələn: Cisco Commerce Workspace, Microsoft Partner Center və s.) ilə işləmə təcrübəsi;
  • Xarici vendorlarla sərbəst yazışma və danışıqlar apara bilmək üçün mütləq İngilis dili və Rus dili biliyi;
  • Yüksək analitik düşünmə, İT layihələrinin marjinalığını hesablamaq üçün əla Excel bacarığı;
  • Beynəlxalq İT vendorlarının daxili qaydalarına və biznes etikasına adaptasiya olmaq bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız