Elevatora bağlanmış qazma borusunu idarəetmə pultu vasitəsilə
rotor stolu səviyyəsinə qaldırılması və qazma baltasının boruya
bağlanmasının təmin edilməsi
Qazma baltasının tərtibatının götürülməsi üçün qazma
komponovkasının qaldırılması
Qazma komponovkasının quyu dibinə çatana qədər idarəetmə pultu
vasitəsilə qaldırma və endirmə prosesinin həyata keçirilməsi
Məhlul xətlərin açılmasına dair tapşırıqların verilməsi və idarəetmə
pultu vasitəsilə məhlul nasosunun işə salınması
Məhlulun dövr rejiminə nəzarət edilməsi
Təzyiqə nəzarət edilməsi
Məhlulun texniki parametrlərinə nəzarət edilməsi
Giriş-çıxış miqdarında yaranan fərqə nəzarət edilməsi
Udulma zamanı məhlul çənlərinə komponentlərin əlavə edilməsi
üçün məhlul nasosunun işinin dayandırılması
İdarəetmə pultu vasitəsilə qazma alətinin işə salinması, baltaya ox
boyu yük verməklə optimal qazma rejimi seçilərək qazma prosesinin
başladılması
Qazma prosesində giriş çıxışlarda təzyiq fərqinə nəzarət edilməsi
Çıxış təzyiqi giriş təzyiqindən az olduqda nasosda və ya xətlərdə
yaranan nasazlığın aradan qaldırılması üçün məhlul nasosunun işinin
dayandırılması və başqa məhlul nasosunun işə salınması 7.Çıxış təzyiqi giriş
təzyiqindən yüksək olduqda komponovkada yaranan nasazlığın aradan
qaldırılması üçün rotorun dövretməsinin dayandırılması və komponovkanın
qaldırılması
Reglamentə uyğun 48 saatdan bir komponovkanın qaldırılması və
keçid qabiliyyətinə nəzarət edilərək quyu lüləsinin qəliblənməsi
Baltanın keçidində problem yarandıqda baltanın qazma şlamından
təmizlənməsi üçün məhlulun litrajını artırmaqla baltanın yuyularaq
qaldırılması və təkrar qazma işlərinin həyata keçirilməsi
Qazma borusu rotor stoluna çatdıqda şamın əlavə edilməsi üçün
nasosun dayandırılması
Şamın götürülməsi üçün qazma alətinin qaldırılması, şamın elevator
vasitəsilə qaldırılması, qazma alətinə bağlanması və rotor stoluna
endirilməsi
12.İdarəetmə pultu vasitəsilə qazma şamının boruya bağlanması və
qazma pazlarının çıxarılması üçün qazma alətinin qaldırılması
Qazma rejiminə nəzarət etməklə qazma prosesinin həyata
keçirilməsi
Qazılmış quyunun yuyulması üçün alətin 3-5 dəqiqədən bir qaldırıb
endirilməsi və məhlulun təzyiqinə nəzarət edilməsi
Alətin quyu ağzına qaldırılması və quyunu məhlulla tam
doldurduqdan sonra məhlul nasosunun işinin dayandırılması
Geofiziki ölçü işlərinin nəticəsinə əsasən genişləndirilməyə ehtiyacı
olan quyularda seçilmiş rejimə uyğun alətin işə salınması və quyunun
genişləndirilməsi işinin həyata keçirilməsi
Elevator vasitəsilə kəmərin qaldırılması və rotor stoluna qədər
endirilməsi
Quyu dibinə çatana qədər hər 100 metrdən bir məhlulla doldurmaq
şərti ilə kəmərlərin endirilməsi Quyu dibinə çatdıqda kəmər arxasının
məhlulla yuyulması
Sementin boru arxası səviyyəsinin qaldırılması məqsədilə
məhlulunun kəmərə vurulması üçün məhlul nasosunun işə salınması
Sement səviyyəsi planlaşdırılmış nöqtəyə çatdıqda preventorun
bağlanmasına dair məlumatın verilməsi və məhlulun təzyiqinə nəzarət
edilməsi
Qazma komponovkasının sementləmə tıxacına qədər endirilməsi
Məhlul nasoslarının işə salınması üçün xətlərin açılmasına dair
tapşırıqların verilməsi və kəmərin yuyulması üçün məhlul nasosunun işə
salınması
İş planına uyğun kəmərdə saxlanılan təzyiqə nəzarət edilməsi
Təzyiqdə azalma aşkar edildikdə avadanlıqlara vizual baxışın
keçirilməsi və aşkar edilmiş qüsurlar haqqında qazma ustasına məlumatın
verilməsi
Hidravlik açarların işləkliyinə nəzarət etməklə yağlanma müddətinin
müəyyən edilməsi
Qazma pazlarının sıxılmasına nəzarət etmək
Tal kanatının bucurqada dolanmasına nəzarət edilməsi
TopDrive alətinin qida borusunun yağlanma müddətinə nəzarət
edilməsi
Xüsusi tələblər
Təhsil pilləsi: Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə
Müddəti / İş təcrübəsi
6 ay / Müvafiq sahə üzrə
6 ay N/Q quyularının qazılması
sahəsində qazmaçı peşəsinə uyğun
iş stajı tələb olunur