Müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq materialların, ehtiyat hissələrinin, avadanlıqların və digər yüklərin təyin olunmuş məntəqələr arasında təhlükəsiz şəkildə daşınmasını təmin etmək;
Yükləmə və boşaltma proseslərində iştirak etmək, materialların düzgün yerləşdirilməsinə nəzarət etmək;
Anbar, istehsalat, qaraj və digər aidiyyəti sahələrin səliqəli, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
İş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına ciddi riayət etmək.
İş şəraiti
İş qrafiki: Həftənin 5 iş günü;
İş saatları: 09:00 – 18:00;
Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən edilir;
İş yeri: Baku Bus MMC.
Xüsusi tələblər
Fiziki işlərin yerinə yetirilməsi bacarığı;
Məsuliyyətlilik, intizamlılıq və tapşırıqların icrasında dəqiqlik;
Komanda şəklində işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə riayət etmək vərdişi;
Tikinti, təmir, yükləmə-boşaltma və ya oxşar sahələrdə iş təcrübəsinin olması üstünlük hesab edilir.