Daxili nəzarət üzrə aparıcı mütəxəssis

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin qeyri-filiz yataqlarının istismarı istiqaməti üzrə fəaliyyətini əhatə edən funksiya və proseslər üzrə nəzarət tədbirlərində iştirak etmək;
  • Qeyri-filiz yataqlarının istismarı ilə bağlı müvafiq məlumatların toplanmasını, emalını və təhlilini həyata keçirmək;
  • Aparılmış təhlil tədbirləri əsasında risklərin müəyyən edilməsində iştirak etmək və bu istiqamətdə müvafiq tövsiyələri hazırlamaq;
  • Qeyri-filiz yataqlarının istismarı istiqaməti üzrə daxili nəzarət mühitinin qiymətləndirilməsində iştirak etmək;
  • Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları hazırlamaq;
  • Aparılan təhlil tədbirlərinin nəticələrinə dair hesabatları hazırlanmaq və bu istiqamətdə bütün lazımi sənədləşdirməni aparmaq;
  • Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi prosesində verilən tapşırıqları icra etmək.

Xüsusi tələblər

  • Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalı.
  • Müxtəlif peşə kvalifikasiyalarına (Certified Internal Auditor (CIA), ACCA, Certified Fraud Examiner (CFE) və s.) malik olmaq arzuolunandır.
  • Microsoft Office, digər audit və statistik proqramlarda işləmək bacarığı olmalı.
  • Şirkətin biznes modelini anlamalı, ağır sənaye və dağ-mədən sahəsi barədə məlumatlı olmalı.
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
  • Təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, hesabat yazma səriştəsi, məsuliyyət, əməkdaşlıq, innovativlik, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə bacarığı, planlama səriştəliklərinə malik olmalıdır.
  • İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;

Oxşar vakansiyalar

Telegram kanalımız