Müqavilələr və çatdırılma şöbəsinə Rəis

Bakı

Ekol Mühəndislik Xidmətləri

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətinin ümumi idarə olunmasını, planlaşdırılmasını və koordinasiyasını həyata keçirmək;
  • Şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək;
  • Müqavilələrin hazırlanması, razılaşdırılması, imzalanması və icrasına nəzarət etmək;
  • Satınalma və çatdırılma proseslərinin normativ sənədlərə uyğunluğunu təmin etmək;
  • Podratçılar və təchizatçılarla aparılan danışıqlara rəhbərlik etmək və şirkətin maraqlarını qorumaq;
  • Risklərin müəyyən edilməsi və minimallaşdırılması üzrə tədbirlər görmək;
  • Şöbənin fəaliyyəti üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Sənədləşmə və kargüzarlıq işlərinin müəyyən olunmuş qaydalara uyğun aparılmasını təmin etmək və təşkilatlarla yazışmaları həyata keçirmək;
  • Vəzifə üzrə məxfilik rejiminə riayət etmək;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və inkişaf proseslərində iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılması və əməliyyatların optimallaşdırılması məqsədilə tədbirlərin hazırlanması və icrasında iştirak etmək;
  • Şirkətin daxili normativ sənədlərinə, prosedurlarına və qanunvericiliyə ciddi riayət etmək.

Xüsusi tələblər

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə azı 2 il iş təcrübəsi;
  • Güclü analitik düşüncə, idarəetmə və danışıqlar bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız