Ətraf Mühit üzrə Mühəndis / Ekoloq

Bakı

SAMT LLC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ətraf mühit üzrə plan, prosedur və tədbirlər planlarını hazırlamaq və tətbiqini təmin etmək;
  • İstehsalat fəaliyyətlərinin ətraf mühitə təsirlərini qiymətləndirmək və ekoloji risklərin idarə olunmasını təmin etmək;
  • Yerli qanunvericiliyin və ISO 14001:2015 standartının tələblərinə uyğunluğu təmin etmək;
  • Ekoloji yoxlamalar, auditlər və monitorinq proqramlarını hazırlamaq və həyata keçirmək;
  • Tullantıların idarə olunması, su sərfiyyatı və çirkab suların təmizlənməsi proseslərinə nəzarət etmək;
  • Atmosfer emissiyalarına, o cümlədən İstilik Effekti Yaradan Qazların (İEYQ) mənbələrinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Dövlət orqanları və beynəlxalq audit təşkilatları ilə əlaqələri koordinasiya etmək və müvafiq hesabatları hazırlamaq;
  • Ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmək və maraqlı tərəflərlə əməkdaşlığı təmin etmək.

Xüsusi tələblər

  • Ətraf mühit mühəndisliyi, ekologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə təlim və sertifikatların olması üstünlük hesab olunur;
  • ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatının olması arzuolunandır;
  • İngilis dili biliyi sərbəst danışıq səviyyəsində;
  • Ətraf mühitə təsirlərin azaldılması sahəsində praktiki təcrübə;
  • Tullantıların idarə olunması sistemləri üzrə praktiki bilik və təcrübə;
  • MS Office proqramları ilə işləmə bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız