Server tərəfi proqramlaşdırması üzrə Baş mütəxəssis

Bakı

BAKINITY

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Server tərəfi üzrə  (Backend) servislərin və API-lərin hazırlanması, dəstəklənməsi və davamlı inkişaf etdirilməsinin təmin edilməsi.
  • Database, cache və message queue sistemləri ilə işlənilməsi, onların effektiv və stabil fəaliyyətinin təmin edilməsi.
  • Code review proseslərində və texniki müzakirələrdə iştirak edilməsinin təmin edilməsi.
  • Production mühitində yaranan problemlərin və performans çatışmazlıqlarının araşdırılması, təhlil edilməsi və həll olunması.
  • Təhlükəsizlik standartlarına və proqramlaşdırma üzrə best practice-lərə riayət edilməsinin təmin edilməsi.
  • CI/CD və deployment proseslərinə dəstəyin göstərilməsi və proseslərin təkmilləşdirilməsində iştirak edilməsi.
  • Mövcud sistemlərin modernizasiyasına və texniki inkişafına töhfələrin verilməsi.
  • Mənbə kodlarının analiz edilməsinin, ehtiyaca uyğun dəyişikliklərin icra edilməsinin, həmçinin unit və inteqrasiya testlərinin hazırlanmasının təmin edilməsi.
  • Keyfiyyətli, oxunaqlı və sənədləşdirilmiş kodların yazılmasının təmin edilməsi.
  • Risklərin və səmərəsiz həll yollarının müəyyənləşdirilməsi, onların aradan qaldırılması məqsədilə ideya və təkliflərin təhlil olunması.
  • Yeni texnologiyaların araşdırılması, qiymətləndirilməsi və tətbiq olunmasının təmin edilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə).
  • C# (.NET Core / .NET Framework) ilə backend proqramlaşdırmada minimum 5 illik təcrübə.
  • PostgreSQL, SQL Server, MongoDB və Redis verilənlər bazaları ilə işləmə bacarığı.
  • OOP, Design patterns, Design principles yanaşmaları üzrə biliklər.
  • REST API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiyada təcrübə.
  • TDD və BDD yanaşmaları üzrə praktiki təcrübə (NUnit, xUnit və s.).
  • CI/CD, Docker və Kubernetes ilə işləmə bacarığı.
  • SignalR və Websocket ilə işləmə bacarığı.
  • RabbitMQ, Kafka və ya digər message queue sistemləri ilə asinxron işləmə bacarığı.
  • Təhlükəsiz identifikasiya və avtorizasiya üzrə biliklər (JWT, OAuth2, OpenID Connect).
  • GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsi.
  • AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığı.
  • Frontend (React / Angular) biliklərinin olması üstünlükdür.
  • Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı.
  • Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
  • Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • Son müraciət tarixi: 18.07.2026.
Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız