ERP platformasında mövcud ABAP proqramlarının, hesabatların, istifadəçi genişləndirmələrinin və formalarının dəstəklənməsi, təkmilləşdirilməsi və optimallaşdırılması.
ABAP performans analizinin aparılması, sistem darboğazlarının müəyyənləşdirilməsi, SQL sorğularının optimallaşdırılması və tətbiqlərin performansının artırılması.
Tapşırıqların planlaşdırılması, icrası və yaranan problemlərin operativ şəkildə həll olunmasının təmin edilməsi.
Maliyyə, vəsaitlərin idarə olunması və təchizat zənciri prosesləri üzrə mürəkkəb texniki məsələlərin təhlili və həlli.
Korporativ sistemlərin digər informasiya sistemləri ilə inteqrasiyasının dəstəklənməsi və inkişaf etdirilməsi.
Biznes tələblərinin təhlili, texniki həllərin hazırlanması və tətbiqi məqsədilə aidiyyəti tərəflərlə əməkdaşlıq etmək.
Texniki sənədlərin, dəyişiklik qeydlərinin və istismar prosedurlarının hazırlanması və aktuallığının qorunması.
Mövcud sistemlərdə yaranan kritik insidentlərin araşdırılması və aradan qaldırılmasında iştirak etmək.
Kod keyfiyyətinin və proqramlaşdırma standartlarının təmin olunmasına nəzarət etmək.
Xüsusi tələblər
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil.
ABAP proqramlaşdırma dili üzrə minimum 3 il iş təcrübəsi.
Xüsusi hesabatlar, istifadəçi genişləndirmələri, BADI, BAPI, RFC, ALV və forma texnologiyaları üzrə təcrübə.
Korporativ ERP sistemlərinin dəstəklənməsi, inkişaf etdirilməsi və problemlərinin həlli sahəsində praktiki təcrübə.
Maliyyə, vəsaitlərin idarə olunması və ya təchizat zənciri prosesləri üzrə funksional biliklər.
Müxtəlif sistemlər arasında inteqrasiya həlləri üzrə təcrübə.
Unix/Linux əməliyyat sistemləri və fayl ötürmə prosesləri üzrə ümumi biliklər.
SQL və verilənlər bazaları ilə işləmək bacarığı.
Texniki sənədlərin hazırlanması və oxunması üzrə təcrübə.
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları.
Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik.