Reklam şöbəsinə mütəxəssis (poliqrafiya üzrə)

Bakı

Bakı Metropoliteni

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Daxili strukturlardan daxil olan çap sifarişlərinin qəbulu, qeydiyyatı və vaxtında icrasının təmini;
  • Poliqrafiya məhsullarının (broşür, buklet, blank, banner, afişa və s.) hazırlanması prosesinin yerinə yetirilməsi;
  • Xidmət müqavilələri çərçivəsində satınalma sifarişlərinin rəsmiləşdirilməsi və icrası;
  • Çap materiallarının texniki parametrlərə, rəng standartlarına və müştəri tələblərinə uyğunluğunun yoxlanılması;
  • Poliqrafiya avadanlıqlarının (printer, plotter, laminator və s.) düzgün istismarı və ilkin texniki xidmətinin həyata keçirilməsi;
  • Sərf materiallarının (kağız, mürəkkəb, laminat və s.) ehtiyat normalarının izlənməsi və vaxtında sifarişin verilməsi;
  • Yerinə yetirilmiş çap işləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Daxili yoxlamalarda iştirak və poliqrafiya prosesləri üzrə normativ sənədlərə uyğunluğun təmini;
  • Poliqrafiya fəaliyyəti üzrə daxili qaydalar, təlimatlar və iş prosedurlarına uyğun fəaliyyətin həyata keçirilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (poliqrafiya, dizayn, mətbəə texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə);
  • Poliqrafiya, çap və ya mətbəə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Çap texnologiyaları, rəng idarəetməsi (color management) və ön çap (prepress) prosesləri üzrə biliklər;
  • Adobe Photoshop, Illustrator, InDesign və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;
  • İşgüzar yazışma və kommunikasiya bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst, İngilis və Rus dili bilikləri üstünlükdür.

Metropoliten Sizə nə təklif edir?
  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti

Müraciət üçün

Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə (https://lnkd.in/dJk5uEPg) müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 27 iyun 2026-cı il

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 2500 - 3000 AZN

 
  • Bakı

  • 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- Ödənişsiz!