Təhlükəsizlik üzrə baş mütəxəssis

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
  • Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsini həyata keçirmək;
  • Fəaliyyət istiqamətləri üzrə sənəd dövriyyəsinin təşkili, daxil olan və göndərilən xidməti yazışmaların, məktubların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
  • İstehsalat sahələrində planlı və plandankənar təftişlər həyata keçirmək;
  • İstehsalat sahələrində təhlükəsizliyin düzgün təşkil olunmasına nəzarət etmək;
  • İstehsalat sahələrində işçilərin, kənar şəxslərin və nəqliyyat vasitələrinin giriş-çıxışına, daxili buraxılış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Sahədə podratçı/subbodratçı şirkətlərin, özəl mühafizə fəaliyyətini həyata keçirən şirkətlərin əməkdaşlarına fəaliyyətlərini prosedur, qayda, təlimat və bağlanmış müqavilələr çərçivəsində qurulmasına nəzarəti həyata keçirmək;
  • Aşkar edilmiş nöqsan və uyğunsuzluqların təhlil edilməsi və sənədləşdirilməsini həyata keçirmək;
  • İstehsalat sahələri üzrə təhlükəsizlik tədbirlərinin planlaşdırılması, tədbirlər planlarının hazırlanması və icrasında iştirak etmək;
  • Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların, arayışların və təqdimat materiallarının hazırlanmasında iştirak etmək;
  • Təhlükəsizlik prosedurlarının, təlimatların və digər normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
  • Təhlükəsizlik sahəsi üzrə görülmüş işlər, aparılmış yoxlamalar və həyata keçirilmiş tədbirlər barədə hesabatları hazırlamaq.

Xüsusi tələblər

  • Azərbaycan dili səlis ; rus dili yaxşı.
  • MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst və peşəkar işləmək bacarığı;
  • Sənəd dövriyyəsi, xidməti yazışmalar və rəsmi hesabatların hazırlanması üzrə yüksək bacarıq
  • Əməkdaşlıq, məsuliyyət, dürüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə, planlaşdırma və təşkil etmə,nəticəyönümlülük bacarıqları;
  • Komanda ilə işləmək və struktur bölmələrlə effektiv koordinasiya bacarığı.
  • Ali təhsil.
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt, Xızı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN