Şirkətin beynəlxalq mədən və infrastruktur layihələrinin (yeni yataqlar, lisenziyalar, JV və s.) təsdiq edilmiş məqsədlərə, layihə həcminə, müddətə və büdcəyə, həmçinin təhlükəsizlik, ətraf mühit və tənzimləyici tələblərə uyğun icrasına rəhbərlik etmək.
Layihələrin planlaşdırılmasını həyata keçirmək: məqsədləri, fəaliyyət planını, iş qrafiki və büdcəni hazırlamaq, resurs bölgüsünü müəyyənləşdirmək və icrasını izləmək.
Aidiyyəti bölmələrdən ibarət çoxşaxəli komandanın işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və icranın gedişatını mütəmadi izləmək.
Layihə üzrə texniki, maliyyə, kommersiya və əməyin təhlükəsizliyi, ətraf mühit risk və imkanlarını müəyyənləşdirmək, risk reyestri və tədbirlər planı hazırlamaq və icrasını izləmək.
Xarici tərəfdaşlar, podratçılar, məsləhətçilər və dövlət qurumları ilə yazışma, görüş və danışıqlara rəhbərlik etmək, əsas kommersiya, texniki və təşkilati şərtlər üzrə rəhbərliyə balanslaşdırılmış tövsiyələr təqdim etmək.
Layihə üzrə texniki hesabatlar və iqtisadi-maliyyə təhlillərinin nəticələrini nəzərdən keçirmək, əsas çıxarışları sistemləşdirərək rəhbərlik və maraqlı tərəflər üçün yığcam arayış və təqdimatlar hazırlamaq.
Layihə reyestri, status cədvəlləri və dashboardların hazırlanmasını və yenilənməsini təşkil etmək, layihələrin gedişatını əsas KPI-lər üzrə izləmək və mütəmadi hesabatlılıq təmin etmək.
Xüsusi tələblər
Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (yaxşı),
Microsoft Office və digər proqramlar;
Analitik düşüncə və maliyyə təhlili bacarığı;
Problem həll etmə, Təşkilati anlama, Məsuliyyət, Əməkdaşlıq, Dürüstlük, Çeviklik, Nəticəyönümlülük, Təşəbbüskarlıq, Planlaşdırma və təşkil etmə, Liderlik, Konfliktlərin idarəedilməsi.
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Beynəlxalq iqtisadi münasibətlər, Mədən mühəndisliyi və/və ya digər uyğun ixtisaslar);
Layihə idarəetməsi üzrə əlavə təhsil və ya sertifikat (PMP, PRINCE2 və s.) üstünlük hesab olunur;
Ümumilikdə ən azı 5–7 il iş təcrübəsi (beynəlxalq və/və ya iri həcmli investisiya layihələri);
Layihə idarəetməsində minimum 3–5 il iş təcrübəsi.