Planlama üzrə analitik

Bakı

Q-STP

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehsal planlarının hazırlanması üçün tələb olunan məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək. 
  • İstehsalat güclərinin, avadanlıq yüklənməsinin və işçi qüvvəsi resurslarının təhlilini aparmaq. 
  • İstehsal sifarişlərinin icra vəziyyətini gündəlik, həftəlik və aylıq əsasda izləmək və təhlil etmək. 
  • Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları müəyyən etmək. 
  • İstehsal planlarından kənarlaşmaların səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq. 
  • İstehsalın davamlılığını təmin etmək məqsədilə xammal, material və yarımfabrikat ehtiyaclarını təhlil etmək. 
  • Xammal və material ehtiyatlarının dövriyyəsini izləmək və optimal ehtiyat səviyyələri üzrə təkliflər vermək. 
  • İstehsal, satış, satınalma və anbar məlumatlarını təhlil edərək planlama prosesinə inteqrasiya etmək. 
  • İstehsal sifarişlərinin prioritetləşdirilməsi üzrə təkliflər hazırlamaq. 
  • İstehsalatın məhsuldarlıq göstəricilərini təhlil etmək və səmərəliliyin artırılması üzrə təkliflər hazırlamaq. 
  • İstehsal itkiləri, boşdayanmalar və gecikmələr üzrə məlumatları təhlil etmək. 
  • Planlama üzrə əsas fəaliyyət göstəricilərinin (KPI-ların) hesablanmasını və monitorinqini həyata keçirmək. 
  • Müntəzəm planlama hesabatları, analitik arayışlar və təqdimatlar hazırlamaq. 
  • ERP və digər informasiya sistemlərində məlumatların düzgünlüyünü yoxlamaq və təhlil etmək. 
  • İstehsal gücü, yüklənmə səviyyəsi və sifariş portfeli üzrə proqnozlar hazırlamaq. 
  • Müxtəlif istehsal ssenarilərinin modelləşdirilməsini həyata keçirmək və nəticələrini qiymətləndirmək. 
  • Planlama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tətbiqində iştirak etmək. 
  • Rəhbərlik üçün hesabatların vizuallaşdırılması . təqdimatların hazırlanması.
  • Rəhbərlik tərəfindən verilən və vəzifə səlahiyyətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahələr üzrə);
  • Analitika, planlama, maliyyə və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
  • ERP sistemləri və Power BI bilikləri üstünlük hesab olunur;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.
​​​​​​​​​​​​​​Şəxsi keyfiyyətlər:
  • Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
  • Məlumatların təhlili və proqnozlaşdırılması bacarığı;
  • Hesabat hazırlama və təqdimat bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;

Müraciət etmək üçün: [email protected]
CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN