Direktorun iş qrafikini planlaşdırmaq, gündəlik görüş və iclaslarını təşkil etmək;
Direktorun tapşırıqlarını icra etmək və tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
Daxil olan məktubları, sənədləri və müraciətləri qəbul etmək, emal etmək, aidiyyəti üzrə yönləndirmək və cavablandırmasını təmin etmək;
Cəmiyyətin struktur bölmələrindən imzaya təqdim olunan sənədləri nəzərdən keçirdikdən sonra rəhbərliyə imzaya təqdim etmək, imzalanmış sənədləri qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
Daxili və xarici yazışmaları aparmaq, protokolları və qeydləri hazırlamaq;
İclaslarda iştirak etmək, qeydlər aparmaq və qərarların icrasını izləmək;
Rəhbərlik və əməkdaşlar arasında koordinasiya rolunu yerinə yetirmək;
Qonaqların, nümayəndə heyətlərinin qarşılanmasını təşkil etmək və zəruri müşayiət xidmətlərini göstərmək;
Direktorun səfərləri, ezamiyyətləri və görüşləri üçün təşkilati işləri həyata keçirmək (aviabiletlər, otel sifarişi və s.);
Müəssisənin strateji və gündəlik fəaliyyətinə dair sənədləri hazırlamaq və struktur bölmələrdən məlumat toplamaq;
İdarəetmə prosesinə texniki və inzibati dəstək vermək, operativ məsələlərin həllində iştirak etmək;
Direktorun iş otağında və aid olduğu ərazidə inzibati qaydaların qorunmasına nəzarət etmək;
Fəaliyyəti prosesi zamanı aşkar etdiyi çatışmazlıqlar barəsində rəhbərini mütəmadi məlumatlandırmaq və onların aradan qaldırılması istiqamətində öz təkliflərini vermək;
Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə rəhbərlik tərəfindən verilən tapşırıqları, həmçinin qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri icra etmək.
Xüsusi tələblər
Ali təhsil
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır).
İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər.