Texniki və konstruktor sənədlərinin oxunması və şərh edilməsi;
Texnoloji proseslərə və qaynaq prosedurlarının tələblərinə ciddi riayət edilməsi;
Çilingər-yığım işlərinin, metalın kəsilməsi və cilalanması əməliyyatlarının yerinə yetirilməsi;
İstehsalat standartlarına uyğun olaraq müxtəlif mürəkkəblik dərəcəsinə malik metal konstruksiyaların hazırlanması və quraşdırılmasında iştirak;
Tutucu avadanlıqların xidmət göstərilməsi üçün sərt metallar ilə iş, o cümlədən frezaların möhkəmləndirilməsi (volfram karbidinin və sərt əlavələrin üzlənməsi);
Avadanlığın modifikasiyası;
Xammaldan avadanlığın hazırlanması.
Xüsusi tələblər
Qaynaqçı kimi minimum 3 il iş təcrübəsi, neft-qaz sahəsində təcrübəyə üstünlük verilir;
SMAW (elektrod), MIG/MAG, əl ilə qövs qaynağı və avtomatik qaynaq üsulları ilə işləmək bacarığı;
Orta ixtisas təhsili;
4-ci dərəcəli qaz-elektrik qaynaqçısı vəsiqəsi;
Karbidlə işləmə (tətbiqi/örtük çəkilməsi) təcrübəsinin olması arzuolunandır;