- Proqram profilinə uyğun sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi;
- Ali təhsil müəssisəsində elmi-pedaqoji və idarəetmə təcrübəsi;
- Təhsil proqramlarının təşkili və idarə olunması sahəsində biliklər;
- Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər və hesabatlarla işləmək bacarığı;
- Akademik planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Liderlik, qərarvermə və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- İngilis dilində minimum C1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;
- Beynəlxalq əməkdaşlıq, layihə fəaliyyəti və ya akkreditasiya təcrübəsi üstünlük hesab olunur.
Tələb olunan sənədlər:
- CV (ingilis dilində);
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Motivasiya məktubu (maksimum 500 söz)
Qeyd 1: Müraciət məktubunun mövzu hissəsində “Proqram rəhbəri vakansiyası” ifadəsini qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.