Kabel istehsalı prosesində istifadə olunan avadanlıqların (ekstruderlər, burucu maşınlar, sarıyıcılar, çəkici qurğular və digər istehsal avadanlıqları) texniki vəziyyətinə daimi nəzarəti həyata keçirmək və etibarlı istismarını təmin etmək;
Avadanlıqlar üzrə planlı profilaktik xidmət, diaqnostika və cari təmir işlərinin təşkilini və icrasına nəzarəti təmin etmək;
Mexaniki nasazlıqların kök səbəblərini (Root Cause Analysis) müəyyən etmək, təhlil etmək və təkrarlanmasının qarşısını almaq üçün düzəldici və qabaqlayıcı tədbirlər hazırlamaq;
Avadanlıqların dayanma müddətlərinin minimuma endirilməsi məqsədilə texniki problemlərin operativ həllini təmin etmək;
Ehtiyat hissələri, sərf materialları və texniki ləvazimatlara olan tələbatı müəyyən etmək, satınalma prosesində texniki dəstək göstərmək və sifarişlərin hazırlanmasında iştirak etmək;
Yeni avadanlıqların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərində iştirak etmək, texniki qəbul işlərini həyata keçirmək;
Təmir, texniki xidmət və modernizasiya işləri üzrə texniki sənədlərin, aktların, hesabatların və avadanlıq tarixçələrinin hazırlanmasını və düzgün uçotunu təmin etmək;
Təmir, texniki xidmət və modernizasiya işləri üzrə texniki sənədlərin, aktların, hesabatların və avadanlıq tarixçələrinin hazırlanmasını və düzgün uçotunu təmin etmək;
İstehsalat sahəsində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Avadanlıqların məhsuldarlığının, etibarlılığının və enerji səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və tətbiqində iştirak etmək;
Xüsusi tələblər
Mexaniki ötürücülər, reduktorlar, podşipniklər, pnevmatik və hidravlik sistemlər üzrə biliklər;
Texniki çertyojların və avadanlıq sənədlərinin oxunması bacarığı;
Problem həll etmə, analitik düşünmə və komanda ilə işləmə bacarığı;
AutoCad proqramında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;