Boru kəmərləri üzrə böyük mühəndis

Bakı

SOCAR Upstream MI LLC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Quruda və dənizdə yerləşən boru kəməri sistemlərinin layihələndirilməsi, istismarı və texniki xidmət fəaliyyətlərini dəstəkləmək.
  • Boru kəmərlərinin hidravlik göstəricilərini, ötürmə qabiliyyətini, təzyiq rejimlərini və istismar məhdudiyyətlərini təhlil edərək təkmilləşdirmə imkanlarını müəyyən etmək.
  • Diaqnostika, monitorinq və əməliyyat məlumatlarını təhlil etməklə boru kəmərlərinin bütövlüyünə təsir göstərə biləcək riskləri və deqradasiya mexanizmlərini müəyyən etmək.
  • Boru kəmərləri ilə bağlı sızma, nasazlıq, qəza və digər qeyri-normal halların araşdırılmasında iştirak etmək, kök səbəb analizlərinin aparılmasına və düzəldici tədbirlərin hazırlanmasına töhfə vermək.
  • Boru kəmərlərinə dair texniki prosedurları və mühəndislik sənədlərini hazırlamaq və mütəmadi yeniləmək.
  • Dəyişikliklərin İdarəolunması (MOC) prosesində iştirak edərək proses, əməliyyat və layihə dəyişikliklərinin boru kəmərlərinə təsirini qiymətləndirmək.
  • Boru kəmərlərinin təhlükəsizliyi və istismarı ilə bağlı HAZID, HAZOP, ORA və digər risk qiymətləndirmə sessiyalarında iştirak etmək.
  • Layihə sənədlərini, mühəndislik hesablamalarını və texniki göstəriciləri nəzərdən keçirərək onların normativ tələblərə və istismar ehtiyaclarına uyğunluğunu təmin etmək.
  • Bütövlük, korroziya, axın müntəzəmliyinin təmin olunması (Flow Assurance), proses və əməliyyat komandaları ilə əməkdaşlıq edərək boru kəmərlərinin effektiv idarə olunmasını və risklərin nəzarətdə saxlanılmasını təmin etmək.
  • Zərurət yarandıqda boru kəmərlərinin istismara yararlılığının (Fitness-for-Service) qiymətləndirilməsini dəstəkləmək.
  • Boru kəmərlərinin layihələndirilməsi və istismarı üzrə beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.
  • Sahə işlərində yoxlamalar, istismara vermə (commissioning) və nasazlıqların aradan qaldırılması proseslərində iştirak etmək.

Xüsusi tələblər

  • Mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi, boru kəmərləri mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
  • Boru kəmərləri mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Boru kəmərlərinin layihələndirilməsi, istismarı və texniki xidməti üzrə dərin biliklər.
  • Hidravlik hesablamalar, təzyiq idarəetməsi və axın mexanikası üzrə biliklər.
  • Şarlama (pigging) əməliyyatları və diaqnostika metodları üzrə praktiki təcrübə.
  • Beynəlxalq standartlar və normativ sənədlər (API, ASME B31.4/B31.8, DNV, ISO və s.) üzrə biliklər.
  • Risk qiymətləndirmə metodologiyaları üzrə anlayış.
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı

Müraciət üçün son tarix: 10.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Boru kəmərləri üzrə böyük mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]
CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN