Daxili müştərilərin ehtiyaclarını təhlil edir, onların məqsədlərinə uyğun kommunikasiya strategiyası, platforma və planların hazırlanmasında fəal iştirak edir və icrasını təmin edir.
Daxili müştərilərlə uzunmüddətli və effektiv əməkdaşlıq münasibətlərini qurur və idarə edir, layihələrin uğurlu icrasını təmin edir.
Daxili müştərilər üzrə kommunikasiya layihələrinin A-dan Z-yə idarə olunmasını təmin edir.
Layihələrin başlanmasından tamamlanmasına qədər olan bütün mərhələlərə nəzarət edir, vaxt, büdcə və keyfiyyət göstəricilərinə riayət olunmasını təmin edir.
Kanal xəritələnməsi, media planlaşdırma və kommunikasiya alətlərinin seçilməsi proseslərini koordinasiya edir.
Şifahi, vizual və video kommunikasiya materiallarının hazırlanmasına nəzarət edir, yaradıcı və istehsal proseslərində aktiv iştirak edir.
Daxili komandalar və xarici tərəfdaşlar (agentliklər, vendorlar və s.) ilə koordinasiyanı təmin edir.
Vendor və agentliklərlə münasibətləri idarə edir, gündəlik istehsal proseslərinə və layihə icrasına nəzarət edir.
Digər struktur bölmələrlə əməkdaşlıq edərək kommunikasiya fəaliyyətlərinin inteqrasiya olunmuş və vahid yanaşma əsasında həyata keçirilməsini təmin edir.
Layihələr çərçivəsində büdcənin idarə olunmasına nəzarət edir, resursların səmərəli istifadəsini təmin edir.
Layihələr üzrə əsas performans göstəricilərinin (KPI) proqnozlaşdırılması və izlənməsini həyata keçirir, müvafiq hesabatları hazırlayır.
Kommunikasiya materiallarının Azercell və digər alt brend qaydalarına uyğunluğunu təmin edir və bu uyğunluğun tərəfdaşlar tərəfindən də qorunmasına nəzarət edir.
Müvafiq məlumatların, metriklərin və ən yaxşı təcrübələrin təhlili əsasında kommunikasiya sahəsində trendləri müəyyən edir və onların layihələrdə tətbiqini təşəbbüs edir.
Mövcud proseslərin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürür və tətbiqində iştirak edir.
Şirkətdaxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət edir, məlumatların məxfiliyini təmin edir.
Xüsusi tələblər
Kommunikasiya, Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Kommunikasiya, layihə idarəetməsi, marketinq və ya əlaqəli sahədə 3–5+ il iş təcrübəsi
Güclü stakeholder idarəetmə bacarıqları və daxili müştərilərlə effektiv əməkdaşlıq qurmaq qabiliyyəti
Layihələrin end-to-end idarə olunması (planlama, icra və çatdırılma) üzrə sübut olunmuş təcrübə
Kross-funksional komandalar və xarici tərəfdaşlarla (agentliklər, vendorlar və s.) işləmə təcrübəsi
Kommunikasiya kanalları, media planlama və kontent hazırlanması (verbal, vizual, rəqəmsal) üzrə yaxşı anlayış
Analitik düşüncə bacarıqları, KPI-ların izlənməsi, məlumatların təhlili və insight-ların əldə olunması bacarığı
Yaradıcılıq və detallara diqqət, kampaniya və kontent hazırlanmasına töhfə vermək bacarığı
Yüksək təşkilatçılıq qabiliyyəti, eyni anda bir neçə layihəni idarə etmək və deadline-lara riayət etmək bacarığı
Proaktiv və həll yönümlü yanaşma, proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüskarlıq
Güclü ünsiyyət və təqdimat bacarıqları
Brend qaydaları ilə işləmək və kommunikasiya materiallarında konsistentliyi təmin etmək bacarığı
MS Office proqramlarını yaxşı səviyyədə bilmək; layihə idarəetmə və ya marketinq alətləri ilə təcrübə üstünlükdür
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili üstünlükdür