İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək;
Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq;
Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək;
Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək;
Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək;
Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək;
Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək;
Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;
Xüsusi tələblər
Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır)
Microsoft Office proqramlarında işləmək bacarığı;
Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin ) olması tələb olunur.
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır