Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, qeydiyyata almaq və analiz üçün hazırlamaq;
Kimyəvi analizlər üçün istifadə olunan cihaz, avadanlıq və laboratoriya ləvazimatlarını hazırlamaq, kalibrləmək və işlək vəziyyətdə saxlamaq;
Laboratoriya avadanlıqlarının (tərəzilər, pH metrlər, dozatorlar, qarışdırıcılar, büretlər və s.) işlək vəziyyətini yoxlamaq, nasazlıqları aidiyyəti şəxslərə bildirmək;
Cihazların, avadanlıqların və laboratoriya sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
Kimyəvi reagentlərin mövcudluğunu nəzarətdə saxlamaq, çatışmazlıq yarandıqda aidiyyəti üzrə məlumat vermək;
Müxtəlif istehsal sahələrindən daxil olan siyanid tərkibli torpaq nümunələrinin kimyəvi analizlərini aparmaq;
Qiymətli metalların analizi üçün nümunələri müvafiq kimyəvi reagentlərdən istifadə etməklə hazırlamaq;
Analiz nəticələrini hesablamaq, qeydiyyata almaq və laboratoriya mühəndisinə təqdim etmək;
Kimyəvi maddələrin təhlükəsiz istifadəsi, saxlanılması və utilizasiyası qaydalarına ciddi riayət etmək;
Laboratoriyaya daxil olan reaktivlərin və digər materialların qəbulunda, daşınmasında və yerləşdirilməsində iştirak etmək;
Komanda üzvləri ilə əməkdaşlıq etmək, növbənin fasiləsiz davamlılığını təmin etmək və zərurət yarandıqda qarşılıqlı dəstək göstərmək;
Laboratoriyada yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
Birbaşa rəhbər tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
Kimya, Kimya Mühəndisliyi, Biologiya, Biotexnologiya, Mikrobiologiya, Kimya Müəllimliyi, Biologiya Müəllimliyi, Torpaqşünaslıq və Aqrokimya, Laboratoriya işi və ya əlaqəli sahə üzrə ali təhsil;
İş təcrübəsi arzuolunandır.
Kimyəvi analizlər və laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
Kimyəvi maddələrlə təhlükəsiz işləmə qaydaları üzrə biliklər;
Komanda ilə işləmək və növbəli iş rejimində fəaliyyət göstərmək bacarığı;
Namizədlərin Gədəbəy, Qarabağ bölgəsi və yaxın bölgələrdən olması arzuolunandır;
Məcburi köçkünlərə üstünlük veriləcəkdir;
İş şəraiti və şərtləri:
İş yeri: Gədəbəy və Ağdərə (Dəmirli)
İş qrafiki: Növbəli iş qrafiki
Biz təklif edirik?
Gədəbəy və Ağdərə (Dəmirli) iş sahələri üzrə yaşayış və qidalanma təminatı;