- İnsan resurslarının idarə edilməsi, Menecment, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Təşkilati dizayn, təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
- Təşkilati struktur, ştat cədvəli, iş analizi, dərəcələndirmə sistemi və vəzifə arxitekturası üzrə praktiki təcrübə;
- Layihələrin idarə olunması və dəyişikliklərin idarə edilməsi üzrə biliklər üstünlük hesab olunur.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə (https://lnkd.in/dvQqCCpb) müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 15 iyul 2026-cı il