Normativ hüquqi akt layihələrini təşəbbüs və ya tapşırıq qaydasında hazırlamaq, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlara uyğunluğunu yoxlamaq, habelə hüquqi ekspertizasını həyata keçirmək
Dövlət orqanlarından (qurumlarından) vizalanma, ilkin və təkrar razılaşdırılma üçün göndərilən normativ hüquqi akt layihələrini hüquqi analiz edərək, rəy və təkliflər hazırlamaq
“Normativ hüquqi aktlar” informasiya sisteminə (NAİS) normativ hüquqi akt layihələrini daxil etmək, icraatda olan layihələrin razılaşdırılma və vizalanma proseslərini izləmək və onların icra vəziyyətinə nəzarət etmək
Normativ hüquqi akt layihələri ilə bağlı yerli qanunvericiliyi analiz etmək, çatışmazlıq və boşluqları müəyyən etmək, habelə xarici ölkələrin təcrübəsini öyrənmək və milli qanunvericiliklə beynəlxalq qanunvericiliyi müqayisəli şəkildə təhlil etmək
TƏBİB-in fəaliyyətinə birbaşa və ya dolayı təsir edən hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və yeniliklər barədə məlumat vermək
TƏBİB-in struktur bölmələrindən, tabeli müəssisələrdən, vətəndaşlardan, dövlət və qeyri-dövlət orqanları (qurumları), müəssisə, idarə və təşkilatlarından göndərilmiş müraciət və sorğuları, habelə digər hüquqi məsələləri tam, vaxtında və obyektiv araşdırmaq, təhlil etmək və müvafiq cavab məktubunu tərtib etmək
Daxili normativ sənədlərin (təlimat, qayda, əsasnamə və s.) layihələrini hazırlamaq, hüquqi ekspertizasını həyata keçirmək
TƏBİB-in fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayış və rəylər hazırlamaq
Xüsusi tələblər
Ali təhsil: Hüquq sahəsi üzrə ali təhsil
İş təcrübəsi: Hüquq sahəsi üzrə 2 il
Komputer biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı