Sektorun iş fəaliyyətini təşkil etmək, sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində Şöbə müdirinə dəstək olmaq;
Sektor işçiləri tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə Şöbənin müdirinə təkliflər təqdim etmək;
Şirkətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə təhlilləri və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Şöbə müdirinə təqdim etmək;
Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı Şöbə müdirinə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində Şöbə müdirinin tapşırıqlarını icra etmək;
Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları yoxlamaq və Şöbə müdirinə təqdim etmək;
Korrupsiya xarakterli hallarla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsilə, habelə nəzarət mexanizmlərində boşluqlarla qarşı adekvat mübarizə, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırılması və bu istiqamətdə araşdırılmaların aparılması üzrə Şöbə müdirinə dəstək göstərmək, bu istiqamətdə sektor əməkdaşlarının işini yoxlamaq və bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi üçün Şöbənin müdirinə təkliflər təqdim etmək;
Korrupsiya risklərinin müəyyən etmək, qiymətləndirilmək, idarəedilməsi və qarşısının alınması üçün tədbirləri müəyyən etmək, həmin tədbirlərin effektiv tətbiqi üçün məsul struktur bölmələrə lazımi dəstəyi göstərmək, təhlillər aparmaq və təklifləri Şöbənin müdirinə təqdim etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirmək;
Şirkətin fəaliyyətində daxili nəzarət üzrə mexanizmlərin formalaşdırılmasını, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsinində Şöbə müdirinə dəstək göstərmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni öyrənmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbə müdirinə təkliflər vermək;
Aidiyyəti hesabatları hazırlamaq və Şöbənin müdirinə təqdim etmək.
Xüsusi tələblər
Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).
Müxtəlif peşə kvalifikasiyalarına (Certified Internal Auditor (CIA), Certified Fraud Examiner (CFE) və s.) malik olmaq arzuolunandır.
Korrupsiyaya qarşı mübarizəyə dair idarəetmə sisteminin (ISO 37001:2025) tələblərini bilməli.
Microsoft Office, digər audit və statistik proqramlarda işləmək bacarığı olmalı.
Şirkətin biznes modelini anlamalı, ağır sənaye və dağ-mədən sahəsi barədə məlumatlı olmalı.
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
Təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, hesabat yazma səriştəsi, məsuliyyət, əməkdaşlıq, innovativlik, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə bacarığı, planlama səriştəliklərinə malik olmalıdır.
Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, Hüquq və ya İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil.