İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis

Bakı

Giltex

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əməkdaşların aylıq iş vaxtının uçotu hesabatlarını hazırlamaq və yoxlamaq.
  • ERP sistemində əməkdaşlarla bağlı məlumatları mütəmadi olaraq daxil etmək, yeniləmək və idarə etmək, məlumatların düzgünlüyünü, ardıcıllığını və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
  • Əməkhaqqının hesablanması üçün təqdim edilən məlumatlarla bağlı sorğuları cavablandırmaq.
  • Əməkhaqqının hesablanması üçün tələb olunan İnsan Resursları məlumatlarını aidiyyəti şöbəyə təqdim etmək.
  • Xəstəlik vərəqələrini, analıq məzuniyyətlərini və qismən ödənişli sosial məzuniyyət əmrlərini müvafiq dövlət informasiya sistemlərində qeydiyyata almaq.
  • İstehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə icbari sığorta müqavilələrini gündəlik olaraq yeniləmək.
  • Həyatın yığım sığortası üzrə aylıq ödəniş hesabatlarını hazırlamaq və bununla bağlı sistem əməliyyatlarını icra etmək.
  • İş yerində intizam pozuntuları üzrə hesabatlar hazırlamaq və rəhbərliyi müvafiq qaydada məlumatlandırmaq.
  • Əmək münasibətləri ilə bağlı əməkdaşların və rəhbərliyin suallarını cavablandırmaq, zəruri məsləhət və dəstək göstərmək.
  • Daxili və xarici audit proseslərinə tələb olunan sənədləri və məlumatları təqdim etməklə dəstək göstərmək.
  • Rəhbərlik üçün aylıq İnsan Resursları hesabatlarını və məlumat xülasələrini hazırlamaq.

Xüsusi tələblər

  • Hüquq, Biznesin İdarə Edilməsi, İnsan Resurslarının İdarə Edilməsi və ya müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, istehsal mühitində təcrübəyə üstünlük verilir.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklərə malik olmaq və bu bilikləri praktikada effektiv şəkildə tətbiq etmək bacarığı.

Tələb olunan bacarıqlar:

  • İnsan Resurslarının inzibatçılığı və əmək münasibətləri ilə bağlı elektron dövlət informasiya sistemləri və portalları ilə iş təcrübəsi.
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.
  • İnsan Resursları əməliyyatlarında istifadə olunan ERP sistemləri ilə praktiki iş təcrübəsi.
  • Güclü analitik düşünmə, planlaşdırma və koordinasiya bacarıqları, komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
  • Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN