Təhkim olunmuş bölgələr üzrə filial və satış nöqtələrində planlı və plandankənar təftişlərin aparılması;
Daxili prosedur, qayda və təlimatlara əməl olunmasına nəzarət edilməsi;
Malların, sənədlərin və əməliyyatların düzgün aparılmasının yoxlanılması;
Kassa, anbar və digər əməliyyat proseslərinin mövcud qaydalara uyğunluğunun qiymətləndirilməsi;
Aşkar edilmiş nöqsan və uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və hesabatların hazırlanması;
Təftiş nəticələrinə əsasən rəhbərliyə təklif və tövsiyələrin təqdim edilməsi;
Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması prosesinin izlənilməsi;
Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Tərtib olunan hesabatların vaxtında və düzgün şəkildə təqdim edilməsi;
Şirkətin etik davranış qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi
Xüsusi tələblər
Ali təhsil;
Təftiş, audit, daxili nəzarət və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
Analitik düşünmə, yüksək məsuliyyət hissi və detallara diqqət;
Güclü ünsiyyət və problem həll etmə bacarığı;
Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
Şəxsi minik avtomobilinin olması (mütləq).
Şirkət tərəfindən təklif olunur:
Rəqabətədavamlı əməkhaqqı;
Avtomobil və yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
Korporativ mobil nömrə;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Stabil iş mühiti və peşəkar komandada çalışma imkanı;
Karyera inkişafı və peşəkar yüksəliş perspektivi
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərini "Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi" qeyd etməklə[email protected]mail hesabına göndərilmələri xahiş olunur.